ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı daha əvvəl tətbiq edilmiş birtərəfli sanksiyaların ləğv ediləcəyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə Ankarada NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüş zamanı danışıb.
“Deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik”, – deyə ABŞ prezidenti bildirib.
Sözügedən məhdudiyyətlər Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasına görə Vaşinqton tərəfindən tətbiq edilmişdi.
Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar Ankarada keçirilən NATO sammiti çərçivəsində baş tutur.
Bizimyol.info






