Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda su dispenseri işləmədi, vətəndaşın pulu...
Bakıda su dispenseri işləmədi, vətəndaşın pulu...

İnsanlar evlərində suyu təmizləyib içmək istəyir. Bu sudan çay qaynadırlar, yemək bişirirlər, başqa məişət məqsədləri üçün yararlanırlar.

Artıq neçə ildir ki, Bakıda bir qism binaların qarşısında quraşdırılan içməli su dispenserləri sakinlərin istifadəsinə verilib. Bu dispenserlərdə suyun bir litrinin qiyməti əksər yerlərdə 5-10 qəpik, bəzi yerlərdə isə 3 qəpikdir.

Yasamal rayonu, A.M. Şərifzadə küçəsində quraşdırılan su dispenserində isə problem yaşanıb.

Bina sakini 5 litrlik su qabını doldurmaq üçün ödəniş edib. Əvvəlcə üzərində “Ozon” yazılmış düyməyə, daha sonra isə “Start” düyməsinə basıb. Lakin dispenserdən su gəlməyib. Bir neçə saniyə sonra ekranda “Sayğac xətası” bildirişi görünüb.

Vətəndaş su dispenserinin üzərində göstərilən əlaqə nömrəsinə zəng edib, problemin səbəbini soruşub. Şirkətdən nasazlığın səbəbi barədə məlumat verilməyib. Bildirilməyib ki, problemin səbəbi filtrin istifadə müddətinin başa çatması və ya hər hansı digər texniki nasazlıqdır və s. Sadəcə bildirilib ki, “belə problemə nadir hallarda rast gəlinir”. Həmçinin vurğulanıb ki, şikayət qeydə alınıb: “Əməkdaşları məlumatlandırıb, nasazlığın qısa müddət ərzində aradan qaldırılması üçün tədbirlər görüləcək”.

Eyni zamanda, su ala bilməyən vətəndaşın ödədiyi 30 qəpik də hesabına geri köçürülüb.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »