Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Milli Məclisdə "kasıb"dan alınan vergilərin lehinə səs verənlər, varlılardan alınmasının lehinə səs verərmi?"
"Milli Məclisdə "kasıb"dan alınan vergilərin lehinə səs verənlər, varlılardan alınmasının lehinə səs verərmi?"

2026-cı ildən etibarən “Vergi Məcəlləsi”ndə nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır. Yəni gələn ildən etibarən fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi 14 faizdən 10 faizə qədər azaldılacaq. Deputat Vüqar Bayramov hesab edib ki, bu 5 faiz olmalıdır. Çox maraqlı bir tendensiya var Milli Məclisdə deputatlar bəzən qanunların lehinə səs verdikləri zaman qanunun sirayət etdiyi təbəqə haqqında düşünmürlər. Maraqlıdır niyə?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli bildirib ki, deputatlar özləri qərar vermir, nazirliklərdən və aparatdan nə əmr gəlirsə, deputatlar da ona əl qaldırırlar.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Siz bu günə qədər görmüsünüzmü ki, aparatdan və yaxud hansısa nazirlikdən gələn qərarın əleyhinə hansısa deputat səs versin? Səhv etmirsəmsə, hərdən Erkin Qədirli əleyhinə səs verir. Orada bir neçə müxalifət partiyasının nümayəndəsi var, amma hamısı bir nəfər kimi qərarların lehinə səs verir. Bu, səsvermə deyil, əslində. Qərara gəlincə, sağ olsunlar, təşəkkür edirik, 4 faiz azaltdılar. İndi lap azaltmağı təklif edib deputatın biri, o da sağ olsun. Amma bilirsiniz ki, kasıb təbəqənin vergidən az da olsa azad edilməsi bütün sahələrdə olmalıdır. Yoxsa, hara əl atırsan vergi çıxır ortaya. Ona vergi ver, buna vergi ver. Bizim bir ironik təklifimiz olmuşdu. Dünya tarixindən misallar çəkmişdik. Roma tarixindən müxtəlif nümunələr və s. Yemək vergisi, nəfəs almağa vergi… Vergi, vergi… Görək, axırımız nə olur. Bu, düzgün yanaşma deyil.

Biz hər zaman deyirik ki, büdcə xalqın cibindən doldurulmamalıdır. Bir boş yer buraxılmır, çalışırlar hər yerdən pul alsınlar. Pul alırsınızsa, varlı təbəqədən alın. Məsələn; Fransada xüsusi təbəqədən vergi alırlar. Siz də varlılardan alın. Bizdə əksinə kasıblardan vergi alınır. Varlılardan niyə alınmır?”-deyə Əhəd Məmmədli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »