Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Deputat kirayə gəlirinə 10 faiz verginin tətbiqini yüksək sayırsa, bu təklifin əleyhinə səs verməlidir"
"Deputat kirayə gəlirinə 10 faiz verginin tətbiqini yüksək sayırsa, bu təklifin əleyhinə səs verməlidir"

2026-cı ildən etibarən “Vergi Məcəlləsi”ndə nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır. Təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil 10 faiz vergi ödəyəcəklər. Bununla yanaşı, ekspertlər, o cümlədən millət vəkili, Milli Məclisin deputatı Vüqar Bayramov bildirir ki, qarşıda qoyulan hədəfə çatmaq, yəni kirayə bazarının ağardılması üçün vergi dərəcələri daha aşağı olmalıdır. Deputat Vüqar Bayramov kirayə vergisinin 5% olmasını təklif edir.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “biz desək ki, qanunda bu dəyişiklik olsun, 3-5 faiz olsun” bizi başa düşmək olar, deputat belə deyəndə gülməli səslənir: “Əgər hesab edirsən ki, 10 faiz çoxdur və ya 5 faiz olmalıdır, onda sən 10 faiz olan variantın əleyhinə səs verməlisən”.

Əkrəm Həsənov Əkrəm Həsənov

“Birgə paketə daxil olan qanun layihələri indiyə kimi dərc olunmayıb, halbuki birgə sistem haqqında qanuna görə oktyabrın 25-nə kimi dərc olunmalı idilər. Etmirlər. Bunun özü qanunsuzdur. Deputatlar bu barədə xalqa məlumat versinlər. Niyə bizdən gizlin qanunlar qəbul edirlər? Elə mən birinci demişdim ki, əslində indi də o vergi var və 14 faizdir. Amma bilirik ki, əksəriyyəti qeyri-rəsmidir. İndi deyilir ki, gələn il nə dəyişəcək? Böyük ehtimalla Dövlət Vergi Xidməti inzibatçılıq baxımından bu məsələnin üstünə düşəcək. Amma bunu necə edəcəklər, biz onu bilmirik. Niyə? Çünki biz qanun layihəsini, "Vergi Məcəlləsi"nə ediləcək dəyişiklikləri görmürük. Hamı faizlərdən danışır. Vergi faizi nə qədər oldu, verginin dərəcəsi nə qədər oldu, amma necə nəzarət edəcəklər? Yəqin o sahədə dəyişikliklər var, onu biz bilmirik”-deyə iqtisadçı qeyd edib.

“Əhali üçün vergi nə qədər az olsa, bir o qədər yaxşıdır ki, ağardılsın. İndi 10 faiz deyilirsə, 10 faiz olacaq. Amma bu da o demək deyil ki, hamı qaçacaq mənzillərinə, evlərinə kirayə müqaviləsi bağlayacaq və ya rəsmiyyətə keçəcək, ağardacaq. Mən buna şübhə edirəm”-deyə Əkrəm Həsənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »