Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yeddi mərtəbəli bina çöküb
Türkiyədə yeddi mərtəbəli bina çöküb

Türkiyənin Kocaeli bölgəsinin Gebze rayonunun Mövlana məhəlləsindəki İsıkgöl küçəsində yeddi mərtəbəli bina hələlik bilinməyən bir səbəbdən çökdü.

Bizimyol.info xəbər verir ki, bu barədə "trthaber"ə Kocaeli valayət rəhbəri İlhami Aktaş bildirib.

"Axtarış və xilasetmə işləri davam edir. Bu hadisə yeddi mərtəbəli binanın çökməsi nəticəsində baş verib. İçəridə vətəndaşların yaşadığı barədə məlumatlar var. Hazırda bütün qruplarımız oradadır. Axtarış və xilasetmə işlərini davam etdiririk", - deyə Aktaş qeyd edib.

Gebze bələdiyyə başçısı Zihnur Büyükgöz bütün qrupların 10 dəqiqə ərzində hadisə yerinə çatdığını və binada beş nəfərlik bir ailənin ola biləcəyini bildirib.

Məlumatdan sonra hadisə yerinə polis, yanğınsöndürmə idarəsi, AFAD (Fövqəladə Halların İdarə edilməsi Agentliyi) və tibbi qruplar göndərilib.

Qruplar ərazidə işlərini davam etdirərkən, dağıntılar altında axtarış və xilasetmə əməliyyatı başlayıb.

Daxili İşlər Naziri Əli Yerlikaya Gebzedə çökən binanın dağıntıları altında beş nəfərin qalmış ola biləcəyini açıqlayıb. Nazir Yerlikaya bildirib ki, xilasetmə işlərinə AFAD-dan 80 nəfər daxil olmaqla 147 axtarış-xilasetmə işçisi, QHT və bələdiyyə qrupları cəlb edilib.

Axtarış-xilasetmə işləri qubernator və bələdiyyə sədrinin koordinasiyası altında davam edir. Daxili İşlər Nazirinin müavini, AFAD prezidentinin müavini, Fəlakətlərə Qarşı Mübarizə Baş Direktoru və Axtarış-Xilasetmə İdarəsinin rəisi hadisə yerinə gəlir.

"Əməliyyatlarda cəmi iki axtarış-xilasetmə iti, səkkiz dağıntı axtarış cihazı, iki dron və 52 nəqliyyat vasitəsi iştirak edir. Axtarış-xilasetmə işlərimiz intensiv şəkildə davam edir. Zərərçəkənlərin tez bir zamanda xilas edilməsini arzulayıram. Mətbuata və ictimaiyyətə hadisənin nəticələri barədə məlumat verməyə davam edəcəyik", - deyə o bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »