Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə 20-yə yaxın İŞİD-lə əlaqədə şübhəli olan saxlanılıb
Türkiyədə 20-yə yaxın İŞİD-lə əlaqədə şübhəli olan saxlanılıb

Türkiyə xüsusi xidmət orqanları antiterror əməliyyatı keçirərək İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 19 nəfəri saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “trthaber” məlumat yayıb.

Təhlükəsizlik orqanlarının Adana vilayətində iki qrup insanı 10 ay ərzində izlədiyi bildirilir. Nəticədə 25 ünvanda İŞİD-lə əlaqəsi olan şübhəlilərin saxlanılması üçün genişmiqyaslı əməliyyat keçirilib.

Axtarışlar zamanı sənədsiz tapança, ov tüfəngi, 18 ədəd patron, üzərində İŞİD simvolları olan bayraq və parçalar, qadağan olunmuş kitablar götürülüb. İstintaqın məlumatına görə, saxlanılanlardan bəziləri terror təşkilatı adından hücumlarda iştirak etməkdə, zorakılıq və hədə-qorxu gəlməkdə şübhəli bilinir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »