Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şimali Kipr Cümhuriyyətinin yeni seçilmiş prezidenti çox çevik bir xarici siyasət kursu həyata keçirəcək"
"Şimali Kipr Cümhuriyyətinin yeni seçilmiş prezidenti çox çevik bir xarici siyasət kursu həyata keçirəcək"

“Türk dünyasının flaqman ölkələrindən biri olan Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri demək olar ki, bütün sahələrdə çox yüksək səviyyədə təmin olunub. Yeni seçilən prezident tərəfindən bu əlaqələrin qırılmasına gətirib çıxara biləcək bir xarici siyasət kursu sərgilənəcəyi gözlənilmir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda çıxış edən Macarıstan Avropa İttifaqına üzv olan dövlətlərdən biridir. Yəni təkcə nəzəri deyil, həm də praktiki cəhətdən Avropa İttifaqına üzv olan dövlətin Türk Dövlətləri Təşkilatında təmsil olunması onun nə xarici siyasət kursuna ziddiyyət təşkil edir, nə də Türk Dövlətləri Təşkilatı üçün hansısa bir maneə kimi dəyərləndirilir.

Azər Allahverənov Azər Allahverənov

“Şimali Kipr Türk Cümhuriyyətinin Avropaya inteqrasiya meylləri bir qədər də sərt şəkildə həyata keçirilərsə və Türk dünyası ilə əlaqələrin qırılmama şərti baş verərsə, düşünmürəm ki, Türk Dövlətləri Təşkilatı platformasında Şimali Kipr Türk Cümhuriyyətinin təmsil olunmaması kimi meyllər güclü olsun. İstənilən halda Şimali Türk Dövlətləri Təşkilatı çox açıq bir platformadır. Ona üzv olan, hətta müşahidəçi statusunda olan hansısa dövlətin digər platformalarda təmsil olunarsa, bu onların orada iştirkana hər hansı bir maneə törətmirsə, Türk Dövlətləri Təşkilatı vasitəsilə də əlaqələrini inkişaf etdirə bilər”-deyə deputat bildirib.

Azər Allahverənov qeyd edib ki, Qəbələ zirvəsində “TDT+” formatı qəbul olunub, bu da artıq əlavə imkanlar yaradır: Burada daha geniş arealı əhatə etmək üçün şəraiti formalaşdırır və bu mövqedən çıxış edərək, Şimali Kipr Cümhuriyyətinin yeni seçilmiş prezidenti məhz son trendləri xüsusilə nəzərə alaraq, çox çevik bir xarici siyasət kursunun həyata keçirilməsində maraqlı olacaq”. Deputatın fikrincə, sonrakı proseslər bu kursun nədən ibarət olduğunu daha qabarıq şəkildə göstərmiş olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »