Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində qalib gələn Tufan Ərhürmanı təbrik edib.
Bizimyol.info xəbər verir ki, Ərdoğan sosial media hesabından verdiyi açıqlamada: “Bu gün Şimali Kipr Türk Cümhuriyyətində keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm”, - deyə qeyd edib.
Ərdoğan: “Ümid edirəm ki, Şimali Kipr Türk Respublikasının demokratik yetkinliyini bir daha nümayiş etdirən və Kipr türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçki həm ölkələrimiz, həm də bölgəmiz üçün faydalı olacaqdır.
Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suveren hüquq və mənafelərini Kipr türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”, - deyə əlavə edib.






