Tufan Erhürman Şimali Kipr Türk Cümhuriyyətnin (ŞKTC) 6-cı prezidenti oldu.
Bizimyol.info xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, Türkiyə Cümhuriyyət Partiyasının namizədi Tufan Erhürman ŞKTC-nin yeni prezidenti seçilib.
Tufan Erhürman 1970-ci ildə Lefkoşada anadan olub.
1988-ci ildə Türkiyə Maarif Kollecini, 1992-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib.
1995-2001-ci illər arasında Ankara Universiteti Hüquq Fakültəsinin İnzibati hüquq bölməsində elmi işçi vəzifəsində çalışıb. Bu illərdə Ankara Universitetinin Hüquq fakültəsində, həmçinin Hacettepe Universitetində və Orta Doğu Texniki Universitetində Hüquq, İnzibati hüquq və Konstitusiya hüququna giriş fənlərini tədris edib.
Tufan Erhürman 1999-2004-cü illərdə Türkiyə Respublikası Ədliyyə Nazirliyi tərəfindən yaradılmış Ombudsman Qurumunun Qanun Layihəsi Hazırlama Komitələrinin üzvü vəzifəsində çalışıb. 2001-ci ildə “İdarə və Ombudsman üzərində məhkəmədənkənar nəzarət” mövzusunda dissertasiya işi ilə hüquq elmləri doktoru elmi dərəcəsini alıb.
2001-2006-cı illərdə DAÜ Hüquq fakültəsində professor vəzifəsində çalışmışıb.
2006-2008-ci illərdə Yaxın Şərq Universitetinin Hüquq fakültəsində işlədikdən sonra yenidən DAÜ Hüquq fakültəsinə qayıdıb. 2002-2006 və 2010-2013-cü illərdə DAÜ Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
O, 2008-2010-cu illərdə İkinci Prezident Mehmet Əli Tələtin Danışıqlar Qrupunda çalışıb.
Erhürman 2013-cü ildə keçirilən ümumi seçkilərdə Lefkoşa millət vəkili olaraq Respublika Parlamentinə seçilib.
2014-cü ildə hüquq fakültəsinin dosenti olub.
O, 2015-2016-cı illərdə CTP-nin baş katibi vəzifəsində çalışıb. 2016-cı ildə CTP-nin 26-cı növbədənkənar qurultayında sədr seçilib və 9 il bu vəzifədə çalışıb.
O, 2018-ci il yanvarın 7-də keçirilən növbədənkənar ümumi seçkilərdən sonra yaradılan dörd partiyalı koalisiya hökumətində baş nazir vəzifəsində çalışıb.
Erhürman ailəlidir və bir övladı var.






