Bizimyol.info xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MKT) direktoru İbrahim Kalın Misirin Şarm əş-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı danışıqlara qatılacaq.
Bizimyol.info xəbər verir ki, təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Kalının qatılacağı görüşlərdə öncəki gündəm maddələri Qəzzada atəşkəsin yaradılması, əsir mübadiləsinin həyata keçirilməsi və humanitar yardımların çatdırılması olacaq.
Sabahkı danışıqlardan əvvəl MKT direktoru Kalın ABŞ, Misir, Qətər və Həmas rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.
Ötən həftə Dohada keçirilən danışıqlardan sonra Misirdə dolayı danışıqlar prosesi başlayıb və Türkiyə də danışıqlara qatılıb.
Bizimyol.info






