Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"SpaceX" "Starship" kosmik gəmisi ilə 10-cu sınaq uçuşunu uğurla həyata keçirib
"SpaceX" "Starship" kosmik gəmisi ilə 10-cu sınaq uçuşunu uğurla həyata keçirib

2025-ci il 27 avqustda "SpaceX" şirkəti "Starship" kosmik gəmisi prototipinin 10-cu sınaq uçuşunu həyata keçirib. Raket, ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:30-da (03:30) Texasdakı Starbase kosmodromundan uçuşa başlayıb.

Bizimyol.info xəbər verir ki, müəyyən missiya çərçivəsində gəmi havada təxminən bir saat qalıb, daha sonra Hind okeanına eniş edib. Şirkətin məlumatlarına görə, "Starship" suyun üzərində yavaşlamağa, dayanmğa və təyyarə kimi yumşaq eniş etməyə müvəffəq olub, baxmayaraq ki, arxa hissə zədələnmişdi. Lakin enişdən sonra aparat partlayıb.

Bu dəfə "SpaceX" raket sürətinin başlanğıc nöqtəsinə nəzarət etməyi hədəfləməmişdi. Əvəzinə mühəndislər digər məsələlərə fokuslanmışdılar: məsələn, "Starship"in yük hissəsindən 8 ədəd "Starlink" rabitə peykini çıxarmaq və "Raptor" mühərrikinin yenidən işə salınmasını uğurla həyata keçirmək. Həmçinin, gəminin Yerin atmosferinə geri dönərkən daha etibarlı olması üçün yeni təkmilləşdirmələr sınaqdan keçirilib.

"SpaceX" nümayəndələrinin sözlərinə görə, bu test müvəffəqiyyətli sayılır və şirkətə Ay və Marsa gələcək missiyalar üçün çoxistifadəli kosmik sistemin yaradılmasında yeni bir addım atmağa imkan verəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »