Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şair, professor Məmməd İsmayıl vəfat edib
Şair, professor Məmməd İsmayıl vəfat edib

Bu gün AzTV-nin keçmiş rəhbəri, şair Məmməd İsmayıl vəfat edib.

Bizimyol.info xəbər verir ki, bu barədə şairin dostu Ehtiram İlham sosial şəbəkə hesabında yazaraq məlumat verib.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.

Məmməd İsmayıl son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə bir neçə gün öncə xəstəxanalardan birinə yerləşdirilən şair vəfat edənə qədər orada müalicə alıb.

Bildirilib ki, Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq sabah doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anasının yanında dəfn olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »