Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan və Ermənistan arasında sülhü təmin edəcək ilk sazişin imzalanması sülh üçün tarixi addım sayıla bilər"
"Azərbaycan və Ermənistan arasında sülhü təmin edəcək ilk sazişin imzalanması sülh üçün tarixi addım sayıla bilər"

“Sabah Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin Ağ Evdə sülh müqaviləsinin müzakirəsi üçün görüş baş tutacaq. Görüşün məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır. Təbii ki, belə bir sülh Cənubi Qafqaza sabitlik gətirəcək və dünyanın ən uzun torpaq münaqişələrindən birinə son qoyacaq, regionun inkişafına da yol açacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, əslində bu görüş iyul ayında Əbu-Dabidə keçirilmiş İlham Əliyev-Paşinyan görüşünün davamı kimi qiymətləndirilməlidir: “Həmin görüşdən sonra Prezident Əliyev bildirmişdi ki, tərəflər bir neçə ay ərzində sülh razılaşmasının əsas prinsipləri və ya tam mətni üzərində razılıq əldə edib onu paraflaya bilərlər. Çox güman ki, cənab prezident İlham Əliyevin nəzərdə tutduğu məhz bu Ağ Ev görüşüdür”.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Müşfiq Cəfərov bildirib ki, son zamanlar Amerika Birləşmiş Ştatlarının Azərbaycanla Ermənistan arasında sülh prosesi fonundakı diplomatik fəallığı diqqət çəkir.

“Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Donald Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra başladı. Ağ Evdə baş tutacaq bu üçtərəfli görüş Prezident Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində birbaşa və ilk iştirakı olacaq. Prezident seçildikdən sonra dünyada mövcud olan bir sıra münaqişələrə son qoyacağını vəd edən Prezident Trampın bu istiqamətdəki fəaliyyəti təqdirə layiq haldır. Düşünürəm ki, görüşdə sülh razılaşması baş tuta bilər, lakin bu razılaşma hələlik sülh müqaviləsi deyil, onun ilkin verisyası sayılan bir sənəd olacaq. Amma bütün hallarda Azərbaycan və Ermənistan arasında sülhü təmin edəcək ilk sazişin imzalanması münaqişəyə son qoyulması istiqamətində böyük siyasi hadisədir”-deyən deputat qeyd edib ki, bu görüş prezidentlər arasında yüksək səviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda Cənubi Qafqazda sülh prosesinin sürətləndirilməsi kimi məsələlərin müzakirə edilməsi baxımdan olduqca uğurlu olacağı gözlənilir.

“Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu razılaşma həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsinə səbəb olacaq”-deyə Müşfiq Cəfərov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »