Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldə Putinin BƏƏ prezidenti Əl Nəhyanla görüşüb
Kremldə Putinin BƏƏ prezidenti Əl Nəhyanla görüşüb

Rusiya prezidenti Vladimir Putin və Rusiyada rəsmi səfərdə olan BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zeyd Əl Nəhyan Kremldə danışıqlara başlayıb.

Bizimyol.info xəbər verir ki, söhbət Böyük Kreml Sarayının Yaşıl qonaq otağında gedir.

Rusiya liderinin mətbuat xidmətinin daha əvvəl bildirdiyi kimi, müzakirə mövzusu iki ölkə arasında əməkdaşlığın inkişafı və Yaxın Şərqdəki vəziyyət olacaq.

Əbu-Dabi də öz növbəsində iki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri və onun gücləndirilməsi yollarının, xüsusən də birgə inkişafa töhfə verən iqtisadi, ticarət, investisiya, enerji və digər sahələrdə müzakirə edildiyini açıqlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin rəhbərinin səfəri çərçivəsində investisiya və nəqliyyat sahələrində ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Əl Nəhyan bir neçə dəfə Rusiyaya səfər edib. BƏƏ prezidenti kimi o, dörd dəfə: 2022-ci ilin oktyabrında, 2023-cü ilin iyununda və iki dəfə 2024-cü ilin oktyabrında - rəsmi səfərdə (20-21 oktyabr) və Kazanda BRİKS sammitində iştirak etmək üçün səfər edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »