Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və İran razılaşması Tehran üçün daha sərfəlidir - Miks
ABŞ və İran razılaşması Tehran üçün daha sərfəlidir - Miks

ABŞ Konqresinin Nümayəndələr Palatasında Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokrat üzvü Qreqori Miks bildirib ki, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu qeyri-müəyyən ifadələrlə doludur və Vaşinqtondan daha çox Tehran üçün faydalıdır.

Bizimyol.info xəbər verir ki, Miks bu fikirləri ABŞ administrasiyasının İranla aparılan danışıqların gedişi barədə Konqres üzvlərini məlumatlandırmasından sonra səsləndirib. Onun sözlərinə görə, sənəd “qeyri-dəqiqdir və İrana daha çox üstünlük verir”.

“Bu sənəd ABŞ-a müharibəsiz əldə edilə bilməyəcək heç bir üstünlük qazandırmır”, – deyə Miks qeyd edib.

“Washington Post”un məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff Nümayəndələr Palatası və Senat üzvlərinə İranla aparılan “sülh danışıqları” barədə sənəd təqdim ediblər.

Miks həmçinin bildirib ki, o, Vaşinqtonun “Hörmüz boğazının açılması” ifadəsi ilə konkret olaraq nəyi nəzərdə tutduğunu soruşub. Onun sözlərinə görə, İranın gəmilərdən keçid üçün ödəniş tələb edə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur, lakin ABŞ rəsmiləri belə bir rüsumun olmayacağını təsdiqləyiblər.

Konqres üzvü əlavə edib ki, bəzi qanunvericilər üçün danışıqlar barədə ayrıca olaraq ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçi müavini Endryu Beyker də məlumat verib. O, eyni zamanda vitse-prezident Ceyms Devid Vensin milli təhlükəsizlik üzrə müşaviridir.

Miksin sözlərinə görə, bütün bu izahatlara baxmayaraq, qanunvericilər memorandumun məqsədəuyğunluğu barədə tam əminlik əldə etməyiblər.

Məlumata görə, ABŞ və İran bu ayın əvvəlində imzaladıqları anlaşma memorandumunda bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutublar. İyunun 21-də isə İsveçrənin Bürgşton şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə həmin razılaşmanın icrası ilə bağlı danışıqlar aparılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »