Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-la Qətər İranda nüvə sazişi üzrə danışıqları müzakirə edəcək
ABŞ-la Qətər İranda nüvə sazişi üzrə danışıqları müzakirə edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoff və ABŞ liderinin kürəkəni Jared Kuşner çərşənbə axşamı Dohada Mohammed bin Abdulrahman Al Thani ilə görüşərək İranın nüvə proqramı üzrə mümkün razılaşmanın detallarını müzakirə edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, ABŞ və Qətər danışıqları Vaşinqton və Tehran nümayəndələri arasında Dohada planlaşdırılan məsləhətləşmələr çərçivəsində keçiriləcək. Vitkoff və Kuşner Qətər rəhbərliyinin digər nümayəndələri ilə də görüşlər aparacaq. Çərşənbə günü isə ABŞ və İran nümayəndə heyətləri Qətər və Pakistan vasitəçilərinin iştirakı ilə ayrıca müzakirələr keçirəcək.

Bununla belə, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai bildirib ki, İran nümayəndə heyəti yaxın günlərdə Dohaya məsləhətləşmələr üçün gedəcək, lakin ABŞ rəsmiləri ilə birbaşa görüş və ya danışıqlar planlaşdırılmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »