Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraq ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır
İraq ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

İraq zərurət yaranacağı təqdirdə ABŞ və İran arasında keçiriləcək danışıqlara ev sahibliyi etməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu mətbuata müsahibəsində İraqın Rusiyadakı səfiri Əbdülkərim Haşim Mustafa bildirib.

Diplomatın sözlərinə görə, İraq 2014-cü ildə ABŞ və İran arasında ilk dolayı danışıqların keçirildiyi məkan olub.

“İraq hər zaman bu rolu oynamağa hazırdır. Lakin bu, hər iki tərəfin – ABŞ və İranın istəyindən asılıdır”, – deyə səfir vurğulayıb.

Əbdülkərim Haşim Mustafa bildirib ki, İranın ABŞ və İsraillə yaşadığı qarşıdurma İraqın adi vətəndaşlarının gündəlik həyatına ciddi təsir göstərməyib.

O əlavə edib ki, İsrailə və digər ölkələrə məxsus raketlər İrana uçarkən təkcə İraqın deyil, həmçinin Suriya, Livan və bəzən İordaniyanın hava məkanından da keçib.

“Yalnız bəzi ölkələrin bu cür raketlərin qarşısını almaq üçün kifayət qədər texniki imkanları var”, – deyə diplomat bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »