Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-da benzin qiymətlərinin dərhal endirilməsini tələb edib
Tramp ABŞ-da benzin qiymətlərinin dərhal endirilməsini tələb edib

ABŞ Prezidenti Donald Tramp ölkədə benzin satışı ilə məşğul olan şirkətlərdən qiymətləri dərhal aşağı salmağı tələb edib və əks halda onları ciddi problemlərlə hədələyib.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edərək bildirib ki, neftin bir barelinin qiyməti hazırda 68 dollar səviyyəsindədir və ucuzlaşmağa davam etdiyi halda benzinin mövcud qiymətləri həddindən artıq yüksəkdir.

“Benzin satıcıları qiymətləri dərhal endirməlidirlər. Onlar bu bəyanata operativ reaksiya verməlidirlər. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməyəcək. Bu, tamamilə qanunsuzdur”, – deyə Tramp yazıb.

ABŞ lideri əlavə edib ki, şirkətlər bu çağırışa əməl etməsələr, onları “böyük problemlər” gözləyəcək.

Trampın sözlərinə görə, ABŞ-da benzinin qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar olmalıdır. O, həmçinin Kaliforniya ştatının hakimiyyətini yanacaq vergilərini azaltmağa çağırıb.

ABŞ Prezidenti ötən həftə də ölkədə benzin qiymətlərinin gözlənildiyi kimi ucuzlaşmaması ilə bağlı araşdırma aparılacağını açıqlamışdı. O bildirmişdi ki, yoxlamalar əsasən "Exxon Mobil", "Chevron", "Shell" və "BP" şirkətlərini əhatə edəcək. Tramp həmin vaxt da qiymətlərin süni şəkildə artırıldığı müəyyən edilərsə, bu şirkətlərin ciddi nəticələrlə üzləşəcəyini vurğulamışdı.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, bazar ertəsi ABŞ-da "Regular" markalı benzinin (təxminən AI-92 markasına uyğun) orta pərakəndə satış qiyməti bir qallon üçün 3,86 dollar təşkil edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »