Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu kino ki var..."
"Bu kino ki var..."

Bəli, var. Həm özümüz baxırıq, həm də Bakının qonaqlarına göstəririk. Harda?! Əlbəttə, Dənizkənarı Milli Parkda. Təşkilatçılar da məlumdur: Cəfər Cabbarlı adına Azərbaycanfilm" Kinostudiyası ilə Dənizkənarı Bulvar İdarəsi. Dəstəkçilər - Mədəniyyət Nazirliyi, Kino Agentliyidir.

Artıq bir dəfə belə bir kino günü keçirilib, iyulun 19-da bulvarda "Görüş" filmi göstərilib. Avqustun 2-də isə dəniz sahilinə - bulvara gələn şəhər sakinləri və turistlər rejissor Ədil İsgəndərovun "Əhməd haradadır?" filminə baxacaqlar.

Təkcə milli filmlərə deyil, onların çəkilişində istifadə olunmuş avadanlıqlara da baxmaq mümkün və maraqlı olacaq. Kimə maraqlıdırsa, gəlib bir daha baxsın və görsün "Əhməd haradadır?".

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »