İyunun 9-da ABŞ prezidenti Donald Tramp Ağ Evin Dövlət Ziyafət Salonunda beş Afrika ölkəsinin liderləri ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, müxtəlif dillərdə danışan iştirakçılar görüş zamanı tərcümə üçün qulaqlıqlardan istifadə ediblər. Lakin Liberiya prezidenti Cozef Boakai danışanda Trampa ehtiyac duymayıb, çünki ingilis dili Liberiyanın rəsmi dilidir.
Boakayın səlis ingilis dili Trampı heyran edib. Liberiya liderinin çıxışından sonra Tramp: “Çox yaxşı ingiliscəniz var” deyib və “Belə səlist danışmağı haradan öyrəndiniz? Təlim almısınız? Harada?” suallarını verib.
Boakai Trampın tərifinə görə minnətdarlığını bildirib. Təəccübünü gizlədə bilməyən Tramp isə əlavə edib: “Liberiyada? Çox maraqlıdır. Həqiqətən də gözəl ingilis dilidir. Bu masada (məsləhətçilərini göstərək) sizin qədər yaxşı danışmayan insanlar var”, - deyib. Trampın bu sözlərindən sonra zalda gülüşə səbəb olub.
Liberiya və ABŞ arasında tarixən güclü əlaqələr olub. Liberiya 19-cu əsrdə azad edilmiş qaradərili amerikalıları məskunlaşdırmaq üçün yaradılıb.
1816-cı ildə qurulan Amerika Müstəmləkəçilik Cəmiyyəti, qul üsyanlarına cavab olaraq azad qaradərililərin Afrikada məskunlaşmasına dəstək verib. Liberiyanın 1847-ci il Konstitusiyası isə əsasən ABŞ-ın Müstəqillik Bəyannaməsindən ilhamlanıb.
Trampın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrəyə səbəb olub. Texas ştatının Demokratik Nümayəndəsi Jasmine Krokkett Trampı tənqid edərək: "Liberiya prezidentindən onun rəsmi dili olan ingilis dilini harada öyrəndiyini soruşmaq diplomatik cəhalətin zirvəsidir", - deyib.
Keçmiş prezident Barak Obamanın Afrika üzrə müşaviri Mişel Qavin isə: "Trampın açıqlamaları utancvericidir. Onlar liberiyalılara onun "ölkəmizlə olan tarixi əlaqələrni bilmədiyi" mesajını verir", - deyə şərh edib.
Ağ Evin mətbuat katibi Anna Kelli isə bildirib ki, “saxta xəbərlər ABŞ-Afrika münasibətlərində tarixi bir məqamı belə təhrif etməyə çalışır”.
Görüş zamanı Boakai Trampın “Amerikanı yenidən möhtəşəm et” siyasətini dəstəklədiyini bildirib. Görüşdən sonra Ağ Evin rəsmi sosial media hesabında Tramp və Boakainin Oval kabinetdəki fotoları paylaşılıb.
Qadir, Bizimyol.info






