Bosniya və Herseqovina Federasiyası Xalq Məclisinin sessiyası təxirə salınmalı olub. Səlahiyyətlilər zalda ilan olduğunu bildiriblər və hərtərəfli axtarışa başlanılıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Bosniya və Herseqovina Federasiyası Xalq Məclisindən verilən yazılı açıqlamada, paytaxt Sarayevoda parlament binasında keçirilməsi planlaşdırılan Xalq Məclisinin iclasının salonunda ilan görünməsi ilə təxirə salındığı bildirilib.
Açıqlamada iclasdan əvvəl zalda kiçik ilan tapıldığı və əlavə araşdırma üçün zalın boşaldıldığı bildirilib.
Sosial mediada paylaşılan görüntülərdə zaldakı ilanın bir işçi tərəfindən çıxarıldığı görülüb.
Parlamentin zalında ilan olması iclasın qısa müddətdə çaxnaşmasına səbəb olub.
Qadir, Bizimyol.info






