Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yapon Baba Vanqa" yeni pandemiyanın olacağı tarixi açıqlayıb
"Yapon Baba Vanqa" yeni pandemiyanın olacağı tarixi açıqlayıb

Yapon manqa (həm yazıçı, həm də rəsam olan, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçi) yazıçısı, "yapon Baba Vanqa" kimi tanınan Ryo Tatsuki, Covid-19 epidemiyasının 2020-ci ildə dünyanı vuracağını proqnozlaşdırdığı sübut olunub.

Bizimyol.info "cnntürk"ə istinadən xəbər verir ki, "Japan Today"in məlumatına görə, 1999-cu ildə "Mənim Gördüyüm Gələcək" adlı komik kitab yazan Tatsuki 2020-ci ildə bir virusun qlobal məhvə səbəb olacağını proqnozlaşdırıb: "Təxminən 2020-ci ildə naməlum bir virus ortaya çıxacaq və aprel ayında zirvəsinə çatacaq", - deyə kitabında yazıb.

Virusun ortaya çıxacağı ilə bağlı proqnoz dəqiq idi, baxmayaraq ki, hansı apreldə zirvəyə çatacağı dəqiq göstərilmədi. Pandemiya dünyanı məhv etdi, ən pis ssenari 2021-ci ildə geniş yayılmış ölümlərə səbəb olan "Delta" variantı ilə ortaya çıxdı. Virusun azalması ilə dünya təxminən 2022-ci ildə karantinlərdən azad oldu.

Bununla belə, Tatsukinin gələcək illər üçün proqnozları, xüsusən də "Covid" virusu ilə bağlı proqnozları bir daha hər kəsi narahat edib.

Tatsukinin sözlərinə görə, "Covid-19" 2030-cu ildə geri dönəcək. Çünki həmin komiksdə bu vəziyyət haqqında "sonra yox olacaq, lakin təxminən 10 il sonra yenidən ortaya çıxacaq" deyə yazılıb.

Tatsuki müğənni Freddie Mercury və Princess Diananın ölümünü proqnozlaşdırıb. Onun yuxusunda gördüyü görüntüləri kağız üzərinə qoyduğu iddia edilir. Dünyadakı elm adamları da yeni bir pandemiyaya çevrilə biləcək bir xəstəlik barədə xəbərdarlıq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda gələcək pandemiyalarla necə mübarizə aparmaq və "Covid-19" zamanı edilən səhvlərdən qaçınmaq barədə razılığa gəlib. Hazırda "H5N1" quş qripi, qızılca, mpox və Ebola dünyanın müxtəlif yerlərini təhlükə altında saxlayır.

Bununla belə, Tatsukinin proqnozları “15 illik dövrəni” göstərir və hamısı birdən baş verməli deyil. Bu o deməkdir ki, 2030-cu ildə heç nə baş verməsə, təhlükə 15 il irəli, 2045-ci ilə keçəcək.

"Yapon Baba Vanqa" 2025-ci ilin iyulunda böyük sunami olacağını da deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »