Dünya mərkəzi bankları 2026-cı ilin mayında yenidən qızıl alışına keçib. Ay ərzində rəsmi qızıl ehtiyatları 41 ton artıb. Bu, Dünya Qızıl Şurasının (World Gold Council, WGC) məlumatlarında əksini tapıb.
WGC-nin hesabatına görə, may ayında ən böyük qızıl alıcıları Polşa Mərkəzi Bankı (+18 ton) və Çin Xalq Bankı (+10 ton) olub.
Özbəkistan Mərkəzi Bankı mayda ehtiyatlarını 9 ton, Qazaxıstan isə 7 ton qızıl artırıb. Hesabatda həmçinin qeyd olunur ki, Sinqapur 2025-ci ilin sentyabrından bəri ilk dəfə qızıl alıb — 4 ton.
Çexiya Milli Bankı və İordaniya Mərkəzi Bankı da may ayında qızıl alışı həyata keçirib — müvafiq olaraq 2 ton və 1 ton.
Bununla yanaşı, Rusiya Mərkəzi Bankının may ayında xalis qızıl satışı 6 ton təşkil edib, ilin əvvəlindən bəri ümumi xalis satış həcmi isə 34 tona çatıb. Türkiyə Mərkəzi Bankı mayda 3 ton, illik ifadədə isə 81 ton qızıl satıb.(banker)






