Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan fon der Leyeni Ermənistandan yola salmaq üçün şəxsən hava limanına gedib
Paşinyan fon der Leyeni Ermənistandan yola salmaq üçün şəxsən hava limanına gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ursula fon der Leyenin Ermənistana işgüzar səfəri başa çatdıqdan sonra onu şəxsən hava limanında yola salıb.

Bizimyol.info xəbər verir ki, Baş nazirin Telegram kanalında yayımlanan görüntülərdə Paşinyanın fon der Leyenlə təyyarənin trapı önündə sağollaşdığı əks olunub. Daha sonra Avropa Komissiyası sədrinin təyyarəsi havaya qalxıb.

Fon der Leyen Yerevana səfəri zamanı bildirib ki, Avropa İttifaqı Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların 80 faizini gömrük rüsumundan azad etməyi planlaşdırır. O, həmçinin qeyd edib ki, Rusiya təbii qazın qiymətini artıracağı təqdirdə Aİ Ermənistana dəstək verməyə hazırdır.

Bununla yanaşı, Avropa İttifaqı enerji idxalının şaxələndirilməsi məqsədilə Ermənistana ekspertlər qrupunun göndəriləcəyini də açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »