Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı diplomat Omanla danışıqlar zamanı qızıl örtüklü qələmi oğurlayıb - Video
İranlı diplomat Omanla danışıqlar zamanı qızıl örtüklü qələmi oğurlayıb - Video

Həftəsonu Omanda İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar zamanı İran xarici işlər nazirinin müavini Kazem Ariv-Abadi protokola uyğun olaraq ev sahibi ölkə tərəfindən hər bir toplantı iştirakçısının yanına qoyulmuş, xüsusi qızıl örtüklə hazırlanmış bahalı qələmini cibinə apararkən kameralara tuş gəlib.

Bizimyol.info "mignews.com"a istinadən xəbər verir ki, yüksək rütbəli diplomatın cibinə bahalı qələm qoyması hadisəsi və videosu sosial şəbəkələrdə, eləcə də müxtəlif Telegram qruplarında sürətlə yayılıb.

Oman mediası bu əməli “oğurluq”, İran mediası isə “günahsız səhv” adlandırıb.

“The Times of Oman” qəzeti yazıb ki, İranın Omandakı səfiri Musa Farekhanq hətta sultanlığın xarici işlər nazirinin müavininə məktub yazaraq, cibinə bahalı qələm qoyarkən lentə alınan iranlı danışıqlar qrupunun üzvlərindən birinin “günahsız səhvinə görə” böyük xəcalətə səbəb olan yerli media xəbərlərinə görə üzr istəməsini tələb edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »