Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixi Zər kəndinə uzanan Zabratın sakinləri yol, kanalizasiya problemindən gün üzünə çıxa bilmir - Video
Tarixi Zər kəndinə uzanan Zabratın sakinləri yol, kanalizasiya problemindən gün üzünə çıxa bilmir - Video

Videoda gördüyünüz ərazi Zabrat-2 kəndinin daxili küçələridir. İddialara görə, Zabrat kəndi qədim dövrlərdə zəlzələ nəticəsində batmış Zər kəndinin yerində salınıb. Zər kəndi 5 əsr bundan öncə zəlzələ nəticəsində dağılıb.

Zabrat sözünün mənası zab –qaynaq və bulaq, at isə bol və çoxlu deməkdir. Sizə Zabratın tarixindən danışmayacağam. Zabratın problemlərindən danışacağam.

Zabratın ən böyük problemlərindən biri yol problemidir. Gözümüzü açandan Zabratın küçələrini dağınıq, çala-çuxur, kələ-kötür görmüşük. Sanki Zabrat yoxa çıxıb, aidiyyatı qurumların Zabrat adlı kənddən xəbəri yoxdur. Düzü, bir gün də olsun, Zabratın hansısa küçəsinin təmir edildiyinə şahid olmamışam.

Bu da bir kənarda qalsın, Zabratın əsl problemi kanalizasiya sisteminin olmamasıdır. Küçələrdən keçəndə hər həyətdən yol açılan kanalizasiya borularını görmək mümkündür. Bəzi vətəndaşlar həyətlərində şambolar qazsa da, bəziləri hələ də kanalizasiya sularını küçələrə axıdır. Bu vəziyyəti Zabrat dairəsindən kəndin içinə doğru gedən yolda görmək mümkündür. Orada bir neçə ailə illərdir ki, kanalizasiya suyunu küçələrə axıdır.

Qısası, videoda da gördüyünüz kənd deyəsən dövlət qurumlarının yadından çıxıb. Əks halda niyə Zabrata daxil olanda özünü XVIII əsrdə hiss edəsən ki?

Bacalardan çıxan odun tüstüsü, havanı bürümüş odun qoxusu, kələ -kötür yollar, küçələrə axıdılan kanalizasiya suları...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »