Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ İranı "nüvə"dən uzaq tutmaq üçün 46 illik mübahisəni bitirməyə çalışır, İran imtiyaz istəyir" - Video
"ABŞ İranı "nüvə"dən uzaq tutmaq üçün 46 illik mübahisəni bitirməyə çalışır, İran imtiyaz istəyir" - Video

“İran prezidenti Məsud Pezeşkian seçki təbliğatı zamanı qeyd edirdi ki, "mən seçilsəm, Amerika ilə danışıqlara gedib, sanksiyaların aradan qaldırılmasına nail ola biləcəyəm. İqtisadiyyatın inkişaf etməsi üçün yol açacağam". Onun müavinlərindən biri olan Əbdül Əlizadə deyirdi ki, "hakimiyyət Amerika ilə üzbəüz danışıqlara razıdır. Biz Amerika ilə danışıqlara gedəcəyik, problemlərimizi həll edəcəyik və iqtisadiyyatımız qaydasına düşəcək". Böyük bir gözlənti yaranmışdı ki, Amerika ilə yaranmış 46 illik mübahisə həllini tapacaq”.

Bu barədə danışan güneyli siyasi şərhçi Maşallah Rəzmi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp seçildikdən sonra o da İranla problemlərin həllində maraqlı olduğunu dilə gətirib, Tramp deyib ki, "İran böyük ölkədir. İstəyirəm ki, onun milləti xoşbəxt yaşasın. İstəmirəm ki, İran İslam Cümhuriyyətinin atom bombası olsun"...

Maşallah Rəzmi Maşallah Rəzmi

Maşallah Rəzmi qeyd edib ki, Məsqət şəhərində gizli müzakirələr aparılırdı: “Əli Xamenei dedi ki, “Amerika ilə danışmaq ağılsızlıq və şərəfsizlikdir”. Əli Xamenei bunu dedikdən sonra bütün ümidlər yox oldu. İranda dolların və qızılın qiyməti bahalaşdı”.

Maşallah Rəzminin fikrincə, hamı düşünürdü ki, belə davam edərsə, müharibə başlayacaq.

“ABŞ istəmir ki, İranda İraq və ya Əfqanıstan vəziyyəti yaratsın, özləri də orada bataqlığa batsınlar. Bu səbəbdən də ABŞ İranla müzakirələrə daha maraqlıdır”-deyə Maşallah Rəzmi bildirib.

Maşallah Rəzmi hesab edir ki, İranla ABŞ-ın danışıqlarda marağı bir-birindən imtiyaz almaqdır.

“Həm Amerika, həm də İran müzakirələrin aparılmasını istəyir. İran deyir ki, ABŞ-ın şərtləri təslim olmaq və məcburiyyət deməkdir. Biz güc qarşısında müzakirə aparmırıq. Müzakirə istəyirlərsə, sülh yolu ilə müzakirə aparaq”-deyən Maşallah Rəzmi bildirib ki, artıq Məsud Pezeşkian da öz xəttini dəyişir, hətta əvvəl müzakirələrin tərəfdarı kimi davranırdı, indi Əli Xameneinin dediyini deyir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »