Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alyaskada "F-35" qırıcısı qəzaya uğrayıb - Video
Alyaskada "F-35" qırıcısı qəzaya uğrayıb - Video

ABŞ-ın Alyaska ştatında "F-35" qırıcısının qəzaya uğradığı və pilotun sağ-salamat olduğu bildirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Alyaskadakı Eyelson Hərbi Hava Bazasının rəsmisi açıqlamasında hadisənin hərbi bazanın uçuş-enmə zolağında baş verdiyini bildirib.

Düşən "F-35" döyüş təyyarəsinə ciddi ziyan dəydiyini deyən səlahiyyətli, hadisənin araşdırıldığını bildirib. ABŞ Hərbi Hava Qüvvələri açıqlama verərək, pilotun hadisədən sonra təhlükəsiz olduğunu və müayinə üçün ordu xəstəxanasına aparıldığını açıqlayıb.

Sosial mediada paylaşılan görüntülərdə "F-35" döyüş təyyarəsinin havada sürüşərək sürətlə yerə çırpıldığı və partladığı görünür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »