Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarabalığa çevrilən tarixi tikili ilə bağlı Mədəniyyət Nazirliyindən açıqlama
Xarabalığa çevrilən tarixi tikili ilə bağlı Mədəniyyət Nazirliyindən açıqlama

Qobustan qəsəbəsinin sakini həmin qəsəbədə yerləşən binanın videogörüntüsünü çəkib, paylaşıb.

O bildirib ki, keçmiş Duvannı ərazisinin ilk sakinlərindən biri onların nəslindən olub.

Qəsəbə sakini videoda bu qəsəbədə yerləşən tarixi abidənin hazırda yararsız vəziyyətə düşərək xarabalığa çevrildiyini bildirib. Daha sonra Bakı-Tiflis dəmir yolu üzərində 1904-cü ilə aid 10 sex binasının olduğunu söyləyir.

Sakinin sözlərinə görə, bu binalardan bir hissəsi Gəncədə var, artıq dağılıb və çox pis vəziyyətdədir. O, həmin tarixi tikililərin qorunmasının və bərpa edilməsinin vacibliyini vurğulayır.

  • Binaların hazırkı vəziyyəti barədə məlumat varmı, onların qorunması və ya bərpası ilə bağlı hansı addımlar planlaşdırılır?

Yaranan sualla bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) Bizimyol.info xəbər portalına bildirib: “Sözügedən tikili tarixi abidələrin reyestrinə daxil deyildir. Eyni zamanda, tiklinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün qeydə alınıb, Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaqdır.

Ekspert Şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001 - ci il 02 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »