ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" arxa görüntü kamerasında yaranan problemə görə təxminən 240 min avtomobilini geri çağırıb.
Bizimyol.info xəbər verir ki, Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) "Tesla"nın 2024-2025 "Model 3" və "Model S", 2023-2025 "Model X" və 2023-2025 "Model Y" avtomobillərini geri çağırdığını açıqlayıb.
Açıqlamada sözügedən vasitələrdəki kompüterin dövrə lövhəsinin qısaqapanaraq arxa görüntü kamerasının görüntüsünün itməsinə səbəb ola biləcəyi və bunun sürücünün arxadan görünüşünü azaldacağı və toqquşma riskini artıracağı vurğulanıb.
Açıqlamada geri çağırılmadan təsirlənən potensial avtomobil sayının 239 min 382 olduğu və "Tesla"nın problemi həll etmək üçün uzaqdan, pulsuz olaraq həyata keçirilə biləcək bir proqram yeniləməsi çıxardığı bildirilib.
Həmçinin, "Tesla"nın elektron lövhəsində nasazlıq olan və ya ola biləcək bütün avtomobilləri aşkarlayacağı və bu kompüterlərin pulsuz olaraq dəyişdiriləcəyi bildirilib.
Qadir, Bizimyol.info






