2-8 oktyabr tarixlərində "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin tərəfdaşlığı ilə RMİD- in üzvü Təhminə Seyidzadə təsisçisi olduğu Xarıbülbül İncəsənət Mərkəzi, X Bakı Beynəlxalq Kitab Sərgisində stendi ilə iştirak etdi.
Bizimyol.info ictimai birliyə istinadən xəbər verir ki, "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin İdarə Heyətinin sədri Xəyalə Mütəllimova, RMİD-in üzvü və işçi heyəti ilə Xarıbülbül İncəsənət Mərkəzinin stendini, eyni zamanda X Bakı Beynəlxalq Kitab Sərgisinin digər stendlərini ziyarət etmişdir.
Foto: RMİD
Sərgi çərçivəsində "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyi və sərgidə iştirak edən qurumlar, şirkətlər arasında işgüzar müzakirələr aparılmışdır.
Bizimyol.info sərgidən hazırlanan videonu təqdim edir:
Qeyd edək ki, Bizimyol.info xəbər portalı "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvüdür.






