Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Afrikada çips və biskvit şagirdlərin ölümünə səbəb olub
Cənubi Afrikada çips və biskvit şagirdlərin ölümünə səbəb olub

Cənubi Afrikada 4 uşaq qida zəhərlənməsindən ölüb. Səhiyyə idarəsi bildirib ki, zəhərlənmə hallarının əksəriyyəti yaşayış məntəqələrinə yaxın marketlərdən alınan “biskvit” və “çips” kimi məhsullardan baş verib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Gauteng Əyalət Təhsil İdarəsindən verilən açıqlamada, Yohannesburqun Soveto rayonundakı Karoba İbtidai məktəbindən 3 şagirdin və bu bölgədə də yerləşən Khauhelo İbtidai məktəbindən daha 1 məktəblinin qida zəhərlənməsi nəticəsində öldüyü açıqlanıb.

Açıqlamada uşaqların məktəbin ətrafındakı ərzaq mağazasından aldıqları qəlyanaltılardan zəhərləndikləri bildirilib. Eyni qəlyanaltıları yeyən başqa bir şagirdin də reanimasiyada müalicə olunduğu barədə məlumat verilib.

Ölkənin ən sıx məskunlaşma əyaləti olan Gautengdə fevral-sentyabr ayları arasında qida zəhərlənməsi nəticəsində 200-dən çox uşaq xəstəxanaya yerləşdirilib və onlardan 6-sı dünyasını dəyişib.

Gauteng Əyalətinin Səhiyyə İdarəsindən qida zəhərlənməsi ilə bağlı verilən açıqlamada, hadisələrin xüsusilə gecəqondular, qeyri-rəsmi yaşayış məntəqələri və yataqxanalarda yaşayan uşaqlar arasında artdığı və zəhərlənmələrin çoxunun bu yaşayış məntəqələrinə yaxın marketlərdən alınan biskvit və çips kimi məhsullardan qaynaqlandığı vurğulanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »