Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 21 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb
İranda 21 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

İranın Mazandaran vilayətində 21 nəfər saxta spirtli içki qəbulu nəticəsində ölüb. Qeyd olunub ki, 284 nəfər metil spirti qəbul etdikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İran Tələbə Xəbərləri Şəbəkəsinin (SNN) verdiyi məlumata görə, Mazandaran Ədliyyə Tibb Baş direktoru Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüyünü bildirib.

Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğunu bildirən Abbasi, metil spirtinin istehlakının korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu bildirib.

Mazenderan Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Resul Zafermend qeyd edib ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. İranlı həkim bildirib ki, ölənlərdən başqa 4 nəfər görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.

Alkoqolun qadağan olunduğu İranda daha ucuz olduğu üçün bəzən qaçaqmalçılıq yolu ilə gətirilən içkilərdə etil spirti əvəzinə metil spirtinin istifadə edildiyi və bunun ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olduğu bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »