İqlim dəyişikliyi səbəbindən artan temperaturlar planetin ən soyuq bölgəsi olan Antarktidaya da təsir edir. Qitənin bitki örtüyü dəyişir.
Bizimyol.info xəbər verir ki, NASA və ABŞ Geoloji Xidmətinin peyk görüntülərini araşdıran elm adamları, əsasən qar, buz və qayadan ibarət olan qitənin bitki örtüyünün son illərdəki rekord temperaturlara görə dəyişdiyini ortaya çıxdığını qeyd ediblər.
"Nature Geoscience" akademik jurnalında dərc edilən araşdırmada 1986-2021-ci illər ərzində qitənin ən şimal hissəsi olan Antarktika yarımadasında bitki örtüyünün dəyişməsi təhlil edilib. Peyk məlumatları 1986-cı ildə 1 kvadrat kilometrdən az ərazini əhatə edən bitki örtüyünün 2021-ci ildə 12 kvadrat kilometrə qədər yayıldığını göstərib.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, 2016-2021-ci illərdə regionun yaşıllaşma nisbəti 30 faiz artıb. 522 min kvadratkilometrlik ərazinin nisbətən kiçik bir hissəsində bitki örtüyündə artım olsa da, yayılma sürətini nəzərə alan mütəxəssislər bunun gələcək proses üçün təhlükə siqnalları verdiyini bildirirlər. Tədqiqatçılar bitki örtüyünün daha geniş əraziyə yayılmasının bölgədə torpaq əmələ gəlməsini artıracağından, nəticədə invaziv növlərin bölgəyə daxil olmasından və təbii həyatı təhlükə altına almasından narahatdırlar.
Əsasən yosunlardan ibarət qlobal orta göstəricidən 5 dəfə daha sürətli istiləşdiyi bildirilən bölgənin bitki örtüyünün son 40 ildə 10 dəfədən çox artdığı müəyyən edilib.
Qadir, Bizimyol.info






