Təəccüblüdür ki, Afrikanın Vaqaduqu kəndində yaşayan insanlar pişik və itlərlə deyil, vəhşi timsahlarla dostluq edirlər. Onlarla vaxt keçirirlər və onlara çox əhəmiyyət verirlər.
Bizimyol.info xəbər verir ki, "webtekno"nun verdiyi məlumatda qeyd edilir ki, heyvanlarla insanlar arasındakı dostluq bizə tanış olmayan bir şey deyil. Ancaq bu dostluq adətən quşlar, pişiklər və ya itlərlə qurula bilər. Bu məqamda timsah olduqca təəccüblüdür.
Bu insanlar vəhşi timsahlarla dostluq etməyi necə bacarırlar?
Burkina Fasonun paytaxtı Vayaduqu yaxınlığında yerləşən Bazule kəndinin maraqlı bir hekayəsi var...
Paytaxtdan 30 kilometr aralıda yerləşən bu kənddə yüz illərdir insanlarla timsahlar bir yerdə yaşayır. Bu Afrika kəndində yaranan insan-timsah dostluğunun mənşəyi 15-ci əsrə gedib çıxır.
Yerli rəvayətlərdə timsahların quraqlıqdan məhv olmaq üzrə olan bölgə əhalisini uzun müddət əvvəl su mənbələrinə yönəltdiyi bildirilir. Rəvayətlərə görə, insanlarla timsahlar arasında dostluq belə başlayır.
Bazule kəndində çox qiymətli olan vəhşi timsahların sayı 100-dən çoxdur
Kənddəki insanlar və timsahlar birlikdə vaxt keçirməyə çox həvəslidirlər. O qədər ki, hətta demək olar ki, bu bölgədəki timsahlar kənd uşaqlarının ən yaxşı oyun yoldaşlarıdır.
Yenə bu kənddə timsahların ortasında gündəlik işlərini görən birinə rast gəlmək, timsahın belində uzanaraq gəzintiyə çıxan uşaqları görmək, onlarla yan-yana üzən insanlara rast gəlmək olduqca normaldır.
Bazule timsahlarının kəndlilərin inanc dünyasında da çox xüsusi yeri var
Hətta demək olar ki, buradakı timsahlar müəyyən mənada müqəddəs sayılırlar. Çünki bu heyvanlar gələcəkdən xəbər verən kahinlər kimi görülür.
Bundan əlavə, kənddə bəzi insanlar yaxşı və pis hadisələrdən xəbər verən timsahların səslərini şərh etmək və yaxınlaşan təhlükələrə qarşı dua etmək üçün məsuliyyət daşıyırlar.
Timsahların keçmiş dövrlərdə yaşamış insanların ruhlarını təmsil etdiyinə də inanılır. Xülasə, bu kənddə insanlar timsahlara inanılmaz dəyər verirlər. Onlardan qorxmaq və ya qaçmaq əvəzinə, onları dost kimi qəbul edirlər.
Qadir, Bizimyol.info






