“Son günlər İranda vəziyyət ciddi şəkildə dəyişib. Xalq iki hissəyə bölünüb. Bir hissə düşünür ki, İran və İsrail arasında böyük bir müharibə başlasa, İslam cümhuriyyəti dağılacaq və İran xalqının canı mollaların əlindən qurtulacaq. Digər hissə düşünür ki, müharibə olanda xalq ayaq altında qalacaq. Çünki müharibə heç bir xalqa şadlıq gətirməyib. Onların fikrincə, müharibə vaxtı aclıq, bahalıq və ölüm həddən artıq olacaq deyə müharibəyə qarşıdırlar. Amma hökümətin fanatik dəstəsi hansı ki, müxtəlif seçkilərdə xalqın 80 faizinin dəstəyini ala bilməyənlər mövqeələrini qorumaq və höküməti saxlaya bilmək üçün müharibəyə başlasa, milləti öz arxalarında saxlaya bilərlər”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal, siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, əgər Amerika və ya İsrail İrana hücum etsə, xalq deyəcək ki, “xarici bir qüvvə İrana hücum edib, hökumət nə qədər pis olsa da, biz arxasında durmalıyıq ki, məmləkətimiz və torpağımız əlimizdən çıxmasın, qoruyaq”.
Maşallah RəzmiMaşallah Rəzmi bildirib ki, bu məsələ çox böyük bir məsələdir və bununla bağlı təhlillər aparılır.
“Məlum olan odur ki, İran yürütdüyü xarici siyasətlə irəli gedə bilmir. Bir dəstə istəyir ki, Amerika ilə razılaşsın, barışsın. Digər dəstə düşünür ki, Amerika ilə İran barışsa, İslam hökumətini ayaqda saxlaya bilməyəcəklər. Belə olan halda, molların nüfuzu aşağı düşəcək. Bu səbəbdən də onlar müharibəyə qarşı çıxırlar”-deyən Maşallah Rəzmi vurğulayıb ki, Nəsrullah öldürüləndən sonra İran daxilində İran-İsrail müharibəsinin başlana biləcəyi ilə bağlı narahatlıq var. İran düşüncəsizlik edərək İsrailə 180 raket zərbəsi endirib. İsraildə itkilər olmasa da, İsrail üçün təhlükə yaranıb. Hazırda İranın daxilində İsrailin verə biləcəyi cavabla bağlı böyük narahatlıq var.
İradə Cəlil, Bizimyol.info






