Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yollarda içi boş gəzən, parkinqləri işğal edən... "Ölkəmizdə taksilər üçün xüsusi dayanacaqlar olmalıdır"
Yollarda içi boş gəzən, parkinqləri işğal edən... "Ölkəmizdə taksilər üçün xüsusi dayanacaqlar olmalıdır"

Dünyanın əksər ölkələrində “taksi” dayanacaqları, eyni zamanda taksilərin durması üçün xüsusi dayanacaqlar var. Məsələn, qardaş Türkiyədə bu təcrübə ilə qarşılaşırıq. Azərbaycanda da “qaçaq taksi”lər var və Türkiyədə bu cür taksilərlə mübarizə daha kəskindir. Yəni hər avtomobili olan taksi fəaliyyəti ilə məşğul ola bilmir. Əsasən sarı taksilərə üstünlük verilir. Rəngi qara olan taksilər, nisbətən bahalı nəqliyyat hesab edilir. Türkiyədə taksi çağırmaq üçün mobil tətbiqlərlə yanaşı, işıqfor dirəklərinə vurulmuş xüsusi “çağırış zəngi”ndən istifadə edilir. Türkiyədə taksilərin hamısı demək olar ki, taksi dayanacaqlarında dayanır və müştəri gözləyir. Azərbaycanda taksi ilə bağlı islahatlara başlanıldı. Müxtəlif addımlar atıldı. Təəssüf ki, bəzi vəziyyətlərdə, sözün əsl mənasında “qurunun oduna yaş da yandı”. Bu gün vətəndaşlar ucuz taksi tapmaqda çətinlik çəkirlər…

Azərbaycanda taksi dayanacaqları varmı?

Nəqliyyat Məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, taksi dayanacağı olmalıdır: “Sadəcə nəzərə alaq ki, paytaxtda əsaslı təmir gedən küçələr yenidən transformasiya olunur və ola bilər ki, taksi dayanacaqlarının yerləri dəyişsin. Bu, mütləq olmalıdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev

Ekspert bildirib ki, hazırda “taksi” ilə bağlı islahatlar gedir: “Bir misal gətirəndə deyə bilərik ki, Tiflisdə üzərinə xüsusilə yerləşdirilmiş nişanlar olan və ağ rəngli taksilər avtobus zolağından da istifadə edə bilir. Bizdə hələ ki, yoxdur. Yəni taksilərin hamısı eyni rəngdə olmasını biz görməmişik. Düşünürəm ki, bunu da tətbiq etmək olar.”

“Bəzi taksi şirkətlərin də zəng xidməti var. Bu, milli daşıyıcılarda xüsusilə var. Müasir dövrdə mobil tətbiqlədir. Yəni çağırış edirlər. Tətbiq üzərindən də hər hansı bir taksi ilə bağlı problem olarsa, birbaşa həmin xidməti göstərən şirkətə də yazmaq doğru olar.

Eyni zamanda Azərbaycan Yer üstü nəqliyyat Agentliyinin çağrı mərkəzinə bu barədə məlumat vermək lazımdır” -deyə ekspert bildirib.

Xatırladaq ki, bir müddət əvvəl vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb. Bu barədə AYNA-nın məlumatında deyilir. Həmçinin qeyd edilir ki, vətəndaşlar taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »