Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyada dünya turuna çıxan britaniyalı səyyah Xəzər dənizində üzərək Azərbaycana keçib
Piyada dünya turuna çıxan britaniyalı səyyah Xəzər dənizində üzərək Azərbaycana keçib

Dünyanı piyada gəzən britaniyalı səyyah Karl Buşbi Xəzər dənizini üzərək Qazaxıstandan Azərbaycana gəlib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki,  səyahətlərinə 1998-ci ildə başlayan Buşbi Xəzər dənizini üzərək Qazaxıstandan Azərbaycana gəlib.

Qazaxıstanın Aktau şəhərində 41 gün əvvəl dənizə girən və bu müddətin 32 günündə 288 kilometr məsafəni üzərək qət edən Buşbini bir dostu və iki azərbaycanlı peşəkar üzgüçü müşayiət edib.

Xəzər dənizindəki istirahət mərkəzlərindən birinin çimərliyinə yollanan Buşbini Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan idmançıları və vətəndaşlar qarşılayıblar. Sahildə Buşbi və dostunun pasportları müvafiq orqanlar tərəfindən Azərbaycana giriş üçün möhürlənib.

Buşbi müxbirinə bildirib ki, o, səfərini quruda deyil, üzgüçülüklə edib, çünki münaqişələr və müxtəlif siyasi proseslər səbəbindən Xəzər dənizinin cənubu və şimalı bağlı olub.

Üzməyi çox yaxşı bilmədiyini bildirən Buşbi: "Çətin idi, amma uyğunlaşdıq və düşünürəm ki, sonda olduqca yaxşı çıxış etdik", - deyib.

Buşbi səfəri zamanı Azərbaycan rəsmilərinin onlara dəstək olduğunu bildirib: "İndi evə gedəcəm, bir neçə həftədən sonra qayıdıb Azərbaycanı piyada gəzəcəm, oradan da Gürcüstana gedəcəm", - deyə qeyd edib.

Səyyah "Goliath Expedition" adlandırdığı səyahətə başlamazdan əvvəl müəyyən etdiyi qaydalara uyğun olaraq heç bir nəqliyyat vasitəsindən istifadə etməyib.

Səfəri zamanı 58 min kilometr piyada getməyi hədəfləyən Buşbi bu hədəfinin üçdə ikisindən çoxunu tamamlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »