Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin Megiddo həbsxanasından görüntülər fələstinlilərə verilən işgəncələri göstərir - Video
İsrailin Megiddo həbsxanasından görüntülər fələstinlilərə verilən işgəncələri göstərir - Video

İsrailin "Haaretz" qəzeti İsrailin şimalındakı Megiddo həbsxanasında mühafizəçilərin fələstinli əsirlərə və məhbuslara itlərlə işgəncə etdiyini əks etdirən sızdırılmış görüntüləri dərc edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, görüntülərdə İsrailli mühafizəçinin polis itindən istifadə edərək, əlləri arxadan qandallanmış, üzüstə yerə uzanmış fələstinli məhbusun başının üstündən keçdiyi görünür.

Qəzetin Megiddo həbsxanasındakı əsir fələstinlilərdən sitat gətirdiyinə görə, mühafizəçilər fələstinli məhbusları kamera olmayan yerlərə aparır və gizli yerlərdə döyürlər. Digər tərəfdən, İsrail Həbsxanalar Xidmətindən yüksək səviyyəli bir məmur qəzetə, "Megiddo həbsxanasında məhbusların məruz qaldıqları şiddətli zorakılıqdan xəbərdarıq", - deyib.

Qəzetin yazdığına görə, İsrail Həbsxanalar Xidməti fələstinli məhbuslara tətbiq edilən prosedurların “adi” olduğunu iddia edib.

HƏMAS hərəkatı verdiyi açıqlamada, ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir tərəfindən təsdiqlənmiş Megiddo həbsxanasında fələstinlilərə qarşı İsrail mühafizəçilərinin polis itləri ilə etdiyi pis rəftar və təhqirin nifrət və sadizmin miqyasını ortaya qoyduğunu bildirib.

Açıqlamada 60-dan çox fələstinlinin həbsxanalarda aclıq, işgəncə və qəsdən tibbi laqeydlik üzündən öldüyü bildirilib. Həmas beynəlxalq qurum və təşkilatları fələstinlilərə qarşı törədilən cinayətləri sənədləşdirməyə, əsir və məhbuslara qarşı pozuntuları dayandırmaq üçün İsrail hökumətinə təzyiq göstərməyə çağırıb.

HƏMAS-ın əvvəlki bəyanatında: “Məhkumların işgəncələrə məruz qalması, onlara baş çəkmələrinin qarşısının alınması, yeməkdən, içkidən və yuxudan məhrum edilməsi, qəsdən tibbi laqeydlik, təcrid və təzyiqlər, onların bir çoxunun ölümü (şəhadəti) ilə nəticələnməsi işğalçı hökumətin amansız mübarizə, onlara qarşı planlı qətl siyasəti apardığını göstərir”, - deyilir.

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya hücumlarına başlamasından sonra İsrail həbsxanalarında fələstinli məhbus və əsirlərə qarşı işgəncə və pis rəftarla bağlı hesabatlar, ifadələr əhəmiyyətli dərəcədə artıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »