Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda körpə oyuncaq zənn etdiyi ilanı dişləyərək öldürüb
Hindistanda körpə oyuncaq zənn etdiyi ilanı dişləyərək öldürüb

Hindistanın Bihar əyalətində körpə oyuncaq olduğunuzənn etdiyi ilanı dişləyərək öldürüb. Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Hindustan Times" qəzetinin məlumatına görə, ştatın Rajauli bölgəsində 1 yaşlı körpənin ailəsi uşaqlarının oynayarkən gördüyü ilanı dişlədiyini və bunun oyuncaq olduğunu düşündüyünü bildirib.

İlanın öldüyünü deyən ailə hadisədən sonra körpənin xəstəxanaya aparıldığını bildirib. Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu və musson dövründə zəhərsiz ilanın tez-tez görülə biləcəyini qeyd ediblər.

İyul ayında Hindistanın Bihar əyalətində zəhərli ilan dişləyən şəxs əsəbiləşib və tutduğu sürünən heyvanı iki dəfə dişləyərək öldürüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »