İnsanlar arasında ünsiyyəti asanlaşdıran ən əsas bacarıqlardan biri olan dilin sürətindən xəbəriniz varmı? Məsələn, hansı dildə ən sürətli və ya yavaş danışılır? Və ya bu, necə müəyyən edilir?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ən sürətli olanı seçmək üçün bəzi meyarlar nəzərə alınır.
Dilçi alimlərin 17 dildə apardığı araşdırma nəticəsində, sizcə Türkiyə türkcəsi hansı yerdədir?
Dilin sürəti necə müəyyən edilir?
Bunun üçün bir neçə amil birlikdə qiymətləndirilir. Nitq sürətinin ən vacib amili bir dəqiqədə neçə söz və ya hecanın danışıldığıdır. Bundan əlavə, danışıq sözlərin nə qədər məlumat daşıdığı, yəni informasiya sıxlığı da nəzərə alınır. Anlama sürətində istifadə olunan amil dinləyicinin deyilənləri nə qədər tez başa düşməsi və emal etməsidir.
Yetkin bir adam dəqiqədə orta hesabla 200-300 söz oxuyarkən, danışma sürəti təxminən 125-150 söz təşkil edir. Təbii ki, bu sürətlər oxunan və ya danışılan mövzunun mürəkkəbliyindən, jarqonla tanışlığından və dinləyicinin maraq səviyyəsindən asılı olaraq dəyişir.
Sürət ünsiyyətdə təsirli bir amil olsa da, bunun tək olmadığını bilmək faydalıdır. Mütəşəkkillik, aydınlıq və ötürülən məlumatın nə dərəcədə uyğun olması qarşılıqlı əlaqəni şərtləndirən amillər arasında nəzərə alınır.
Bəs ən sürətli dil hansıdır?
Yapon dili ən sürətli danışıq dilidir, saniyədə 7,84 heca çıxarır. Yığcam və heca quruluşu onu yuxarıya aparır. İkinci yerdə 7,82 ilə İspan, üçüncü yerdə isə 7,18 balla fransızdır. Türk dili bu siyahıda 6,87 ilə 9-cu yerdədir.
17 dil arasında ən yavaş olanlar Kanton, Vyetnam və Tay dilidir. Onların mürəkkəb səs sistemləri və yavaş danışan dilləri də onları sonuncu yerə qoyur.
Hansının ən sürətli olmasından asılı olmayaraq, əslində danışma sürətindən çox məlumatın sıxlığını və anlama sürətini, həmçinin qarşı tərəflə ən effektiv şəkildə məlumat mübadiləsini necə çatdıracağımızı nəzərə almaq daha vacibdir. Bu yolla biz sürətdən çox mənalı və aydın ünsiyyət təmin edə bilərik.
Qadir, Bizimyol.info






