Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada "türk dönəri"nə etiraz çaşqınlıq yaradıb
Almaniyada "türk dönəri"nə etiraz çaşqınlıq yaradıb

Dönər kababının qeydiyyatı üçün AB-yə edilən müraciətə Almaniyadan etiraz gəlib. Etirazın Almaniya hökumətindən deyil, türk dönər istehsalçılarından gəlməsi prosesi daha da qarışdırıb. Dönərin AB-də Türkiyədən fərqli istehsal olunması bir növ türkləri biri-birilərinə qarşı qoydu.

Bizimyol.info "hurriyet" istinadən xəbər verir ki, Türkiyə tərəfindən edilən müraciət 24 aprel tarixində AB-nin rəsmi qəzetində dərc olunub və üç aylıq etiraz prosesi başlayıb. Son tarixə az qalmış Almaniyadakı dönər istehsalçıları Almaniyanın müvafiq qurumlarına müraciət ediblər. Almaniyanın müvafiq nazirliyi də Brüsselə 10 etiraz məkdubu göndərib. Etirazlar Almaniya hökumətinin rəsmi siyasətini deyil, alman istehsalçılarının yanaşmasını əks etdirir.

Ərizədəki dönər kababının tərifində heyvan ətinin hansı növ və yaşda istifadə edilməsi, ətin hansı qalınlıqda və necə kəsiləcəyi, kəsim üsulunun necə olması kimi detallar yer alır. Əgər bu qayda qeydə alınarsa, Almaniyada istehsal olunan və bu standartlara uyğun gəlməyən dönərlər buna uyğunlaşdırılmalı olacaq. Bu, çox ciddi iqtisadi problem yaratmaq riski daşıyır. Qaydalar uyğun gəlmirsə, ad dəyişikliyi tələb olunacaq.

Almaniyanın etirazı ilə barışıq prosesi dünən başlayıb. Müraciət edənlər və etiraz edənlər altı ay ərzində kompromis əldə etməyə çalışacaqlar. Bu prosesdə tərifin yumşaldılması, adın dəyişdirilməsi kimi düsturlar da ön plana çıxa bilər. Tərəflər razılığa gələrsə, bir ay ərzində Aİ Komissiyasına hesabat verəcəklər. Əgər konsensus əldə olunmasa, son qərarı Aİ Komissiyası verəcək. Qeydiyyat müraciətinin rədd edilməsi də Aİ Komissiyasının seçimləri arasındadır. Türk qəhvəsi, lokum və qatıq üçün də müraciətlər edilib. Maraqlıdır ki, bu məhsullardan fərqli olaraq dönər tətbiqində “türk dönəri” ifadəsi işlədilmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »