Avropa Komissiyası (AK) Avropa Birliyinə üzv olmaq üçün müraciət edən ölkələrin nəzərdən keçirmə prosesini sürətləndirmək üçün süni intellekt (Sİ) texnologiyalarından istifadə etməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat verib.
Bu mənbələrə görə, mütəxəssislər namizəd ölkələrin milli qanunvericiliyinin Avropa inteqrasiya prosesinin ən çox əmək tələb edən mərhələlərindən biri olan AB-nin hüquqi çərçivəsinə uyğunluğunu qiymətləndirmək üçün daxili neyron şəbəkəsindən istifadə etməyə başlayıblar.
Nəşr yazır ki, bu texnoloji yeniliklərin tətbiqi bir sıra sahələrdə danışıqların intensivləşməsi fonunda AK-nın Genişlənmə üzrə Baş Direktorluğunun iş yükünün kəskin artması ilə əlaqədardır. Eyni zamanda, bəzi Avropa rəsmiləri sistemin səhvlərə meylli olması və ona həddindən artıq güvənməyin qəbuledilməzliyi barədə xəbərdarlıq edirlər.
Bizimyol.info






