Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra ŞKTC-nin rəsmi dövlət kimi tanınması real hədəfdir"
"Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra ŞKTC-nin rəsmi dövlət kimi tanınması real hədəfdir"

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ məsələsində Şimali Kipr Türk Cümhuriyyətinin hökuməti və xalqı hər zaman azərbaycanlı qardaşlarının yanında olub. Artıq ölkələrarası münasibətlər dərinləşən istiqamətdədir. Kipr prezidenti Şuşada Türk Dövlətləri Təşkilatının sammitində müşahidəçi qismində iştirak edib.

Bu gün Azərbaycan-Kipr münasibətləri hansı səviyyədədir?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələr çoxdan qurulub. Artıq 15 ildən çoxdur ki, bu əlaqələr formalaşdırılıb və bu gün də yüksələn istiqamətdə davam edir.

Samir Hümbətov Samir Hümbətov

“Keçmiş "Qarabağ münaqişəsi" ilə bağlı olaraq, əvvəl Azərbaycan Şimali Kipr Türk Cümhuriyyət ilə çox da yaxın əlaqələr qura bilmirdi. Amma İkinci Qarabağ savaşı, xüsusən 1 günlük lokal antiterror əməliyyatlarından sonra biz bu prosesi dəyişməyə başladıq. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar 2 dəfə Azərbaycanda rəsmi səfərdə oldu.

Əlaqələr hər gün dərinləşir. Azərbaycanın parlamentindən nümayəndə heyəti Kiprə gedir, Kiprdən nümayəndələr Azərbaycana gəlir. Nazirliklər arasında əlaqələr genişlənir”-deyən politoloq bildirib ki, hazırda Şimali Kipr Türk Cümhuriyyəti həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində də müşahidəçi statusundadır.

Politoloq hesab edir ki, yaxın zamanlarda Kiprin müstəqil dövlət kimi tanınması da mümkün ola bilər.

“Azərbaycanın qarşısında qalan məsələ, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Sülh müqaviləsi imzalandıqdan sonra bunu həyata keçirmək daha asan mümkün olacaq. İndiki məqamda publik olaraq, yəni rəsmi tanınma məsələsi müzakirə edilməsi ertələnir. Müqavilə imzalandıqdan sonra bu istiqamətdə atılan rəsmi addımlar tanınmanın ciddi mesajı rolunu oynaya bilər. Belə deyək, artıq tanınma məsələsi istiqamətində mərhələli formatda işlər gedir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »