Yeni bir iqlim modelinə görə, biz temperaturun yüksəldiyi "El Nino" dövründə artan temperaturlara məruz qalacağıq.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Sakit Okean üzərindəki külək və cərəyanlardan asılı olaraq biz iki fərqli iqlim hadisəsindən birini görürük: "La Nina" və ya "El Nino".
"El Nino" havanın ümumiyyətlə daha isti olduğu bir dövrün qapısını açır. O qədər ki, bəzən Afrikada quraqlığa, hətta Kanada kimi ölkələrdə də təsirli olan istilik dalğalarına və yanğınlar kimi digər ekoloji fəlakətlərə səbəb ola bilər.
Yeni araşdırmada "El Nino" ilə birlikdə temperaturların artdığı, quraqlıq, təbii fəlakətlər kimi hadisələrə daha çox rast gəlindiyi, bu prosesdə okean dibində gizlənmiş istiliyin atmosferə çatdığı da ifadə edilir. Kritik hədlər keçərsə, "El Nino" dövrləri bundan sonra daha da çətinləşəcək.
Qayıdış qeyri-mümkün ola bilər
Tədqiqatın ən qorxulu hissəsi bu deyil: Əgər temperatur daha da artarsa, planetimiz geri dönüşü olmayan bir nöqtəyə çata bilər. Qlobal istiləşmə 0 nöqtəsinə çevrilsə belə, planetin həmin nöqtədən normal vəziyyətə qayıtması üçün 200 il lazım olacaq.
Modelin ortaya qoyduğu dəhşətli nəticələri bir kənara qoysaq belə, qlobal miqyasda iqlim dəyişikliyinin təsiri həyatımıza təsir etməyə başlayıb. Digər tərəfdən, bu tədqiqat ən azı yalnız bir modeli təqdim edir, buna görə də vəziyyət fərqli ola bilər. Yəni də iqlim dəyişikliyi heç də zarafat ediləcək məsələ deyil.
Qadir, Bizimyol.info






