Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Yunanıstanın müdafiə naziri Dendiasın Kipr türklərini hədəf alan bəyanatını pisləyir
Türkiyə Yunanıstanın müdafiə naziri Dendiasın Kipr türklərini hədəf alan bəyanatını pisləyir

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Kipr türklərini və türk ordusunu hədəf alan bəyanatının şiddətlə pisləndiyini bildirib.

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Dendiasın açıqlamalarının "kipr türklərini və qəhrəman türk ordusunu hədəf alan aşağı səviyyəli, yalan və böhtanlarla dolu" olduğu bildirilib.

Açıqlamada sözügedən bəyanatın şiddətlə pisləndiyi vurğulanıb və türk ordusunun Türkiyənin beynəlxalq müqavilələrdən irəli gələn “qarant” hüququna uyğun hərəkətə keçərək, 1963-1974-cü illərdə soyqırım cəhdindən Yunan tərəfinin hər cür zülmə, zorakılığa məruz qalan Kipr türk xalqını xilas etdiyi diqqətə çatdırılıb.

Açıqlamada: “Türk əsgərinin cəsarəti və varlığı sayəsində 1974-cü ildən sonra Kiprdə qan tökülməyib, Yunanıstanın Kipr yunan xalqına qarşı xunta təzyiqi aradan qaldırıldı, Yunanıstanda hərbi rejim çökdü və demokratiyaya qayıdış mümkün oldu.

Mehmetçik dünən və bu gün olduğu kimi sabah da Kiprdə sülhün, əmin-amanlığın qarantı olacaq. Yunanıstanın müdafiə nazirini konstruktiv yanaşma ilə Türkiyə və Yunanıstan arasında münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyan iki ölkə liderlərinin irəli sürdüyü ortaq mövqeyə xələl gətirmək cəhdlərini dayandırmağa çağırırıq. Cənab Dendiasın türk və yunan xalqları arasında nifaq salaraq siyasi karyera qurmaq cəhdləri nəticə verməyəcək”, - deyə qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »