Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərb dövlətləri Şimali Kipri tanımamaqla, Türkiyənin Aralıq dənizindəki təsirini məhdudlaşdırmağa çalışır"
"Qərb dövlətləri Şimali Kipri tanımamaqla, Türkiyənin Aralıq dənizindəki təsirini məhdudlaşdırmağa çalışır"

Bir müddət əvvəl Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün gəldiyi Azərbaycanın Şuşa şəhərində Prezident İlham Əliyevlə görüşüb.

"ŞKTC Türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır"...

Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyasının güclənməsinin və birləşməsinin Türk Dövlətləri Təşkilatını qlobal miqyasda böyük güc mərkəzinə çevirəcəyini deyib. Azərbaycanın ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması üçün fəal diplomatik səylər göstərdiyini bildirən Əliyev, "Azərbaycan olaraq ŞKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasına tərəfdarıq. Bu, çox təbiidir. Çünki ŞKTC Türk dünyasının bir parçasıdır, orada yaşayan türklər bizim qardaşımızdır”-deyib.

“Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə tərəfindən tanınan bir ölkədir. Azərbaycan Naxçıvan Muxtar Respublikasının Məclisi də 1992-ci ildə ŞKTC-ni tanıyıb. Əslində bu, Azərbaycanın da tanıması deməkdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor bildirib ki, Azərbaycan bunu birbaşa tanımasa, Avropa, Amerika kimi qərb dövlətləri Qarabağla bağlı fərqli qərarlar qəbul edə, Azərbaycana təzyiq göstərə bilər. Çünki Avropa ölkələri Kipri tanımamaqla, Türkiyənin xüsusilə Aralıq dənizindəki təsirini məhdudlaşdırmağa çalışırlar.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Bildiyiniz kimi, beynəlxalq münasibətlərdə maraqlar önəmlidir və şahmat oyununda olduğu kimi gələcək gedişlər də nəzərə alınmalıdır. Azərbaycan və Türkiyə həm öz maraqlarını, həm qarşılıqlı maraqlarını, həm də gələcək addımlara qarşı strategiyalarını inkişaf etdirən iki qardaş və dost ölkədir. Xüsusilə “Şuşa Bəyannaməsi”ndə bütün bu məsələlər üzrə birliyin gələcəkdə də davam edəcəyini bəyan etdilər. Bu birliyi pozmaq üçün beynəlxalq dövlətlər, qurumlar və təşkilatlar bundan sonra müxtəlif oyunlar hazırlamaq istəyəcəklər. Türkiyə və Azərbaycan da bunlara qarşı strategiyalar hazırlayıb həyata keçirməlidirlər və Kipr məsələsində baş verənlər də bu çərçivədə nəzərə alınmalıdır. Amma bilinməli olan bir şey var: Türkiyə və Azərbaycan tarixdə heç vaxt bir-birindən ayrılmayıb və bundan sonra da ayrılmayacaq”-deyən professor bildirib ki, Qərb bu həqiqəti qəbul etməli və siyasətini ona uyğun yönləndirməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »