Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"O olmasın, bu olsun"... ABŞ prezidenti Bayden Ukrayna prezidenti Zelenskini "Putin" deyə təqdim edib - Video
"O olmasın, bu olsun"... ABŞ prezidenti Bayden Ukrayna prezidenti Zelenskini "Putin" deyə təqdim edib - Video

Hakimiyyətə gəldiyi gündən qəribə hərəkətləri və ifadələri ilə əlehdarlarının onu gülüş hədəfinə çevirməsinə imkan yaradan ABŞ prezidenti Ukrayna prezidenti Vladimir Zelenskini səhnəyə dəvət edərkən növbəti xətaya yol verib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskini səhnəyə çağıraraq “Cənablar və xanımlar, prezident Putindir” deyib.

"Qərarlı oluğu qədər cəsur biri, Ukrayna prezidenti Putin", - deyə Bayden etdiyi səhvi anlayaraq geri dönüb. "Putinmi? Son zamanlar onu məğlub etməyə çox diqqət ayırırıq. Biz onu məlub edəcəyik. Nə isə, Ukrayna prezidenti Zelenski", - deyə sözü Vladimir Zelenskini səhnəyə dəvət edib.

Zelenski: "Mən ondan daha yaxşıyam", - deyib.

Bayden: "Əlbəttə, çox yaxşısınız", - deyə kürsünü Zelenskiyə verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »