Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədə davam edir və bu birlik keçən hər gün daha da güclənir. Dövlətlərin bir-birinə səmimi münasibəti hər iki ölkədə eyni kökdən olan xalq üçün də münasibətlərin güclənməsinə əhəmiyyətli dərəcədə təsir edir. Demək olar ki, artıq istənilən sahədə qarşılıqlı hörmət və birgə fəaliyyət uğurlu nəticələr verir. Təkcə sosial-iqtisadi sahədə deyil, mədəniyyət, elm, tarixi araşdırmalar sahəsində də üfiqlər genişlənir.
Bizimyol.info xəbər verir ki, bu günlərdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən "bir millət, iki dövlət" şüarıyla Türkiyə-Azərbaycan qardaşlığından və Azərbaycanın köklü mədəniyyətindən bəhs edən “Azərbaycanın Sirləri” adlı kitab nəşr etdirilib. Bu kitab təkcə Türkiyə-Azərbaycan deyil, ümumiyyətlə türk dövlətlərinin daha sıx birliyi və xalqın bir-biri haqqında daha çox məlumat alması yolunda atılan növbəti addımdır.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən "bir millət iki dövlət" şüarıyla Türkiyə-Azərbaycan qardaşlığından və Azərbaycanın köklü mədəniyyətindən bəhs edən “Azərbaycanın Sirləri” adlı kitab nəşr etdirilib. pic.twitter.com/rm5GFupJwC
— Bakü İletişim Müşavirliği (@baku_iletisim) July 8, 2024
Qadir, Bizimyol.info






