Avtomobilinizə minəndə oturacaqda ilişib qalmaq və sükan çarxının istiliyindən əlinizi yandırmaq olduqca bezdirici ola bilər. Yaxşı, bu vəziyyətin qarşısını necə ala bilərik?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, yay aylarının qızmar istisində maşında oturmaq bəzən işgəncəyə çevrilir. Bəzi praktik həllər ilə siz müəyyən dərəcədə bunun öhdəsindən gələ və zövqlü sürməyə sahib ola bilərsiniz.
Bəs, maşını soyutmağın yolları hansılardır?
Günəşdən qoruyan pərdələr və filmlərdən istifadə edin
Avtomobilinizi sərin tutmağın ən sadə və təsirli yollarından biri günəşdən qoruyucu pərdələrdən və filmlərdən istifadə etməkdir. Ön şüşə, yan şüşələr və arxa şüşələr üçün müxtəlif modellərdən birini seçməklə siz avtomobilinizə daxil olan günəş şüalarının qarşısını ala bilərsiniz.
Pərdələr və plyonkalar sayəsində siz də UV şüalarının qarşısını alamaqla, eyni zamanda avtomobilinizin salonundakə rəglərin solmasının qarşısını ala bilərsiniz.
Hava axını təmin edən fanatlar
Portativ avtomobil fanatları, xüsusilə kondisionerin qeyri-kafi olduğu vəziyyətlərdə çox faydalı ola bilər. Bu ventilyatorlarla avtomobilin içərisində hava axını təmin edərək sərinlik hissi yarada bilərsiniz. Elektrikli ventilyatorları çaxmaq yuvasına qoşaraq da idarə etmək olar və onları müxtəlif sürət parametrləri ilə ehtiyaclarınıza uyğun tənzimləyə bilərsiniz.
Oturacaqların soyuducuları
Oturacaqların soyuducuları yayda avtomobildə sərin qalmağın başqa praktik üsuludur. Xüsusilə dəri oturacaqlar isti havalarda çox qıza bilər ki, bu da narahatlığı ən yüksək səviyyəyə çatdırır. Oturarkən sərinlik hissi axtarırsınızsa, oturacaq soyuducularını sınaya bilərsiniz.
Kölgəli yerlərə üstünlük verin
Avtomobilinizi park edərkən, mümkün qədər kölgəli yerləri seçərək içəridəki temperaturu təbii olaraq azalda bilərsiniz. Əsas seçiminiz ağacların altında, binaların kölgəli sahələri və ya qapalı avtomobil parkları ola bilər.
Pəncərələri bir az aralı qoyun
Park etdiyiniz zaman içəridəki isti havanın çıxması üçün avtomobilinizin şüşələrini bir qədər açıq qoya bilərsiniz. Təbii ki, təhlükəsizlik baxımından onu çox açmamalısınız. Şüşəni açıq saxlayaraq, isti havanın yığılmasının qarşısını alaraq avtomobilin içərisindəki temperatur səviyyəsini tənzimləyə bilərsiniz.
Kondisionerdən istifadə edin
Sərinliyə gəlincə, əlbəttə ki, kondisionerdən kənarda qala bilmərik. Avtomobilinizi sərin saxlamağın ən təsirli üsulu olan kondisionerin səmərəli işləməsini istəyirsinizsə, mütəmadi olaraq texniki qulluq göstərməlisiniz.
Kondisionerinizin filtrini təmiz saxlamaqla və qaz doldurulmasını mütəmadi olaraq yoxlatmaqla maksimum performans əldə edə bilərsiniz.
Bu üsulları tətbiq etməklə özünüzü yayın istisindən qoruya və səyahətlərinizi daha rahat edə bilərsiniz.
Qadir, Bizimyol.info






